Tovuz rayon sakinləri müvafiq qurumlardan yardım istəyir - AĞDAM KƏNDİNİN YOLLARI BƏRBAD VƏZİYYƏTDƏDİR - FOTOLAR

  • Müəllif: admin
  • 20 May 2017 12:20

tovuz rayonu

Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu, Ağdam kəndinin yolları bərbad vəziyyətdədir.

Bu barədə Gununsesi.info-nun elektron üvnanına ismarıc göndərən Nəsimi Bağırbəyli adlı Tovuz rayon sakininin sözlərinə görə, Ağdam kəndinin yolları baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

“Sizdən xahişim odur ki, bərbad vəziyyətdə olan yolumuzun təmir edilməsi üçün bizim problemimizi işıqlandırasınız. Tovuz rayonuna dəfələrlə kənd yollarının asfaltlanması üçün prezident tərəfindən pul ayrılsa da, bizim kəndin yolu təmirə möhtac qalmaqda davam edir. Rayon mərkəzindən kəndimizə olan məsafə 12 km-dir. Dəqiqə hesabı ilə Tovuzdan kəndimizə olan məsafə cəmi 9 dəqiqədir. Sizdən kəndimizin sakinləri adından xahiş edirəm ki, bizim yol problemimizin öz həllini tapması üçün kömək əlinizi uzadasınız”, deyə şikayətçi qeyd edib.

Nəzərinizə çatdıraq ki, Nəsimi Bağırbəyli sözügedən məsələ ilə bağlı 14 ildir müvafiq qurumlara müraciət etdiklərini desə də, problem hələ də öz həllini tapmayıb.

tovuz rayonu agdam kendi3

tovuz rayonu agdam kendi4

tovuz rayonu agdam kendi5

tovuz rayonu agdam kendi6

tovuz rayonu agdam kendi7

tovuz rayonu agdam kendi8

tovuz rayonu agdam kendi9

tovuz rayonu agdam kendi10

Gununsesi.info