Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib

  • By admin
  • 01 Oktyabr 2017 10:50

tecilijpg
Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.

Ş. Hüseynova təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Gununsesi.info