Tovuz sakini bıçaqlanıb, vəziyyəti kafidir

  • By ilhame
  • 07 Mart 2024 19:20

Tovuz sakini bıçaqlanıb.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, Düz Cırdaxan kənd sakini, 1988-ci il təvəllüdlü N.İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü L.İsmayılovadır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info