Tovuz sakini dəm qazından zəhərləndi

  • By admin
  • 19 Dekabr 2016 22:24

ambulani

Tovuz sakini dəm qazından zəhərlənib.

Gununsesi.info-nun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Vəliyeva Arzu Vidadi qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Gununsesi.info