Tovuz sakini dərmandan zəhərlənib

  • By admin
  • 18 Noyabr 2016 22:06

6cef1b1338a35e32507646eaec33d59a

 

Tovuz rayon sakini dərmandan zəhərlənib.

Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Çataq kənd sakini 1985-ci il təvəllüdlü Nuranə Babayeva naməlum preparatla zəhərlənmə əlaməti ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil. Fakt araşdırılır.

 

Gununsesi.info