Tovuz sakini ehtiyatsızlıqdan özünü güllələyib

  • By admin
  • 05 Yanvar 2018 14:00

Tovuz sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Gununsesi.info