
Tovuz rayon sakini Namiq Bayramovdan saxta əskinaslar götürülüb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon sakini Mehriban Quliyevaya 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən həmyerlisi Namiq Bayramov tutulub.
N.Bayramovun üzərinə baxış zamanı 2 ədəd 100 manatlıq saxta əskinas götürülüb.
Anar
Gununsesi.info