Tovuzdsa sakinlər etiraz aksiyası keçirirlər. Gununsesi.info-nun bölgə üzrə əməkdaşı xəbər verir ki, rayonun Məmməd Əmin Rəsulzadə və İmadəddin Nəsimi küçələrinin sakinləri onlara içməli su verilmədiyi üçün yolu kəsiblər. Əraziyə çoxlu sayda polis qüvvələri gətirilib. Sakinlərin güclü etirazından sonra əraziyə su maşınları gətirilərək əhali su ilə təmin olunub. Hazırda tərəflər arasında danışıqlar gedir. Polis əhalini sakitləşdirməyə çalışır.
Hadisə yerindən olan fotoları sizə təqdim edirik :