Tovuzda 3 otaqlı ev yanıb

  • By admin
  • 27 Oktyabr 2017 16:48

Tovuzda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Kirən kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evə bitişik tikilmiş tövlə yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info