Tovuzda 59 yaşlı kişi bıçaqlandı

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 09:40

bicaq

Gecə saatlarında qan içində olan 59 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, hadisə Tovuzun Alakol kəndində baş verib.  Müayinələr zamanı onun sinə nahiyəsindən bıçaqlandığı müəyyən edilib. Həmin kəndin 59 yaşlı sakini Zahid Əkbərov ağır xəsarət aldığından xəstəaxanaya yerləşdirilib. Əməliyyat masasına qaldırılan kənd sakinin həyatını həkimlər xilas edə bilib.

Hazırda Tovuz Polisi hadisənin baş vermə səbəbini araşdırır.

Gununsesi.info