Tovuz rayonunun Çeşməli kənd sakini özünü asaraq intihar edib.
Gununsesi.info-nun məlumatına görə, 1958-ci il təvəllüdlü Nüsrəddin Qarayevin intihar səbəbi hələ məlum deyil.
Qeyd edək ki, mərhum bir neçə il öncə Tovuz rayonu, Cəmaləddin Hüseynov adına Papaqçılar kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
O, ailəli idi, 4 övladı var. Mərhum yaşlı anası və həyat yoldaşı ilə birlikdə yaşayırmış.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info