Tovuzda 7 yaşlı qızı ilan sancıb

  • By admin
  • 17 İyul 2017 16:02

ilan

Tovuz rayonunda azyaşlını ilan sancıb. 

Gununsesi.info xəbər verir ki, rayonun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.

Gununsesi.info