Tovuzda ağır qəza, ölən var

  • By admin
  • 13 Mart 2023 21:52

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kənd ərazisində olan körpü üzərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 37 yaşlı Elçin Yaqubəliyev ölüb, 38 yaşlı Vüsal Kərimov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info