Tovuzda avtomobil aşdı, xəsarət alanlar var

  • By admin
  • 07 Mart 2022 09:45

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində kənd sakinləri – 1997-ci il təvəllüdlü T.Abbasov və 2000-ci il təvəllüdlü E.İbrahimov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info