
Tovuz şəhəri ərazisindən rayon sakininə məxsus avtomaşını qaçırmaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də saat 2 radələrində Tovuz şəhəri ərazisindən rayon sakini Elşad Əsgərova məxsus “VAZ-21015” markalı avtomobil qaçırılıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Musa Nağıyev tutulub. Avtomobil şəhərin M.Musayev küçəsində tapılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info