Tovuzda dəhşətli yanğın kənd sakinlərini həyacanlandırıb

  • By admin
  • 17 Oktyabr 2016 11:40

yangin

Qəfil başlanan yanğın kəndliləri həycanlandırıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Tovuzun, Aşağı Mülkülü kəndində baş verib. Əbülfət Ələkbərova məxsus evin həyətinə yığılan 10 ton ot bağlamsı tez bir zamanda alışaraq ətrafı tüstüyə bürüyüb. Qonşular, ev sahibləri alovu ram etməyə çalışsalarda bu mümkün olmayıb. Yanğın baş verən kəndə Tovuz YMH-nın 2 avtomobili, 10-a yaxın canlı qüvvəsi cəlb edilib. Dərhal qabaqlayıcı tədbirlər görülərək yanğın söndürülüb. Ot tayası yaşayış evinə yaxın yerləşdiyindən hadisə sakinləri xeyli həyacanlandırıb. Xoşbəxtlikdən alov vaxtında söndürülərək hər hansı təhlükəyə yol açmayıb.  Yanğın zamanı 3 ton ot bağlaması yanaraq yarasız hala düşüb.

Gununsesi.info