Tovuzda dəhşətli yanğın – 8 nəfər zəhərləndi+ Video

  • By admin
  • 05 Sentyabr 2017 23:02

207865_src
Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun “ARB TV”yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub. Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla 8 nəfər tüstüdən zəhərlənib.
o
22 yaşlı Eldəniz Qədimov, 36 yaşlı Mehman Vəliyev, 23 yaşlı Qəhrəman Əsədov, 20 yaşlı Xəyal Məmmədov, 27 yaşlı Elvin Ələsgərov, 25 yaşlı Murad Əsədov, 41 yaşlı Kamran Seyidov və 50 yaşlı Həsənova Elmira zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Zəhərlənənlərə tibbi yardım göstərilib. Xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

Gununsesi.info