Tovuzda dağılan bəy evləri, xaraba qalan tarixi abidələr – Reportaj - VİDEO

  • By admin
  • 06 Dekabr 2019 09:12

 Tovuz rayonu tarixi Azərbaycanın dilbər güşələrindən biridir. Rayonun Yuxarı Öysüzlü kəndi bir çox tarixi tikiliyə ev sahibliyi edir.

Onlardan biri Nəsib bəy və Yusif bəy qardaşlarının malikanəsidir. Sovet dövründə məktəb və uşaq evi kimi istifadə edilmiş bəylərin imarəti indi qəzalı vəziyyətdədir. Sakinlər tarixi binada əsaslı təmir-bərpa işləri görülməsini xahiş edirlər.

Təmirə ehtiyacı olan digər abidə isə bəylərin inşa etdirdiyi 19-cu əsrə aid məscididir. Bəy məscidin gümbəz tərəfdən tavanı damır, divarlar nəmişlik çəkib, bayır tərəfdən isə kərpiclər yeyilir. Yuxarı Öysüzlü kəndinin camaatı ibadət evinin də təmir olunmasını istəyir. Mədəniyyət Nazirliyinin nəzdində olan məscidin 2018-ci ildə təmiri nəzərdə tutulsa da, heç bir iş görülməyib.

Musavat.com Tovuzdan video reportaj hazırlayıb.

Gununsesi.org həmin reportajı sizə təqdim edir: