
Tovuzda ölüm hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, dəmiryol xəttində hündürlükdə olan elektrik naqilinə toxunulmuş vəziyyətdə kişi meyiti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, ölən şəxs rayonun Abulbəyli kənd sakini, 39 yaşlı Niyazov Vüqar Əli oğludur. Onun elektrik naqili kəsmək istəyərkən cərəyanın vuraraq ölməsi güman edilir.
Meyit müainə olunması üçün məhkəmə – tibbi ekspertiza və pataloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.