Tovuzda elektrik cərəyanı 1 nəfəri vuraraq öldürüb - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 17 İyun 2016 12:58

Tokvurma Tovuz 1

 

Tovuzda ölüm hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, dəmiryol xəttində  hündürlükdə olan elektrik naqilinə toxunulmuş vəziyyətdə kişi meyiti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, ölən şəxs rayonun Abulbəyli kənd sakini, 39 yaşlı Niyazov Vüqar Əli oğludur. Onun elektrik naqili kəsmək istəyərkən cərəyanın  vuraraq ölməsi güman edilir.

Meyit müainə olunması üçün məhkəmə – tibbi ekspertiza və pataloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

 

Tokvurma Tovuz 3

 

Tokvurma Tovuz

 

Tokvurma Tovuz 0