Tovuzda Gürcüstan vətəndaşını “tok” vurdu

  • By admin
  • 03 May 2017 22:08

tok

 

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub.

O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

 

Gununsesi.info