
Tovuzda hamilə qadın dəm qazından zəhərlənib.
Gununsesi.info-nun məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Həsənova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, R.Həsənova vanna otağında olarkən zəhərlənib.
Gununsesi.info