Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində, 1993-cü il təvəllüdlü Mənzər Əmirova xəsarət alıb və xəstəxanaya aparılıb.
Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.org