
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun APA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hələlik adı aşıqlanmayan kənd sakini tanışları – 1972-ci il təvəllüdlü Habil Həsənovu qarın nahiyəsindən, 1988-ci il təvəllüdlü Elşən Abbasovu isə döş nahiyəsindən bıçaqlayıb. Yaralılar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat ediliblər.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info