
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, 1984-cü il təvəllüdlü Ağdam kənd sakini Rauf Musayev əvvəlcə həyat yoldaşı ilə mübahisə edib, sonra isə özünü asıb.
Mübahisə zamanı Rauf Musayevin içkili olduğu bildirilir.