Tovuzda minik maşını aşıb, xəsarət alan var

  • By ilhame
  • 20 Yanvar 2024 19:27

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2106” minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info