Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

  • By admin
  • 07 Noyabr 2016 14:15

qeza

Tovuzda ölümlə nəticələnən qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon mərkəzindən Qaziqulu kəndinə gedən yolda qeydə alınıb. “Vaz 21-07” idarə etməni itirərək yük avtomobilinə çırpılıb. Nəticədə “Vaz”-ın sürücüsü 52 yaşlı Şakir Sultanov hadisə yerində dünyasını dəyişib. Qəzanın baş verməsinə dünyasını dəyişən sürücünün ürək tutması səbəb olduğu bildirlir. Faktla bağlı araşdırma aparılır.