Tovuzda qəza baş verdi - maşın divara çırpıldı- FOTOLAR

  • By admin
  • 08 Avqust 2016 10:47

tovuz

 

Tovuzda qəza baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə avqustun 8-də Tovuz şəhərində qeydə alınıb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Ramiz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

tovuz-1

tovuz-2

Gununsesi.info