Tovuzda qəza hadisəsi - 2 UŞAQ 1 QADINI MAŞIN VURDU

  • By admin
  • 07 Sentyabr 2019 22:31
Tovuz şəhərində 3 piyadanı avtomobil vurub.
Gununsesi.org-un məlumatına görə, piyadalardan ikisi uşaq, biri isə qadındır.
Hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org