Tovuzda üç yaşlı uşaq hovuza düşərək ölüb

  • By Ayshan
  • 09 Dekabr 2025 09:39

Tovuzda üç yaşlı uşaq hovuza düşərək ölüb.

Gununsesi.info xəbər verir ki, dekabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində 2022-ci il təvəllüdlü H. Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.

Azyaşlı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info