Tovuzda yol qəzası olub, xəsarət alanlar var

  • By ilhame
  • 31 Oktyabr 2023 21:53

Tovuz rayonunun Əyyublu kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info-nun məlumatına görə, qəzada xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb.

Onların kimlikləri müəyyənləşdirilir, hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info