Tovuzda zəncirvari qəza

  • By Ayshan
  • 03 Dekabr 2025 22:44

Tovuzda zəncirvari qəza baş verib.

 

Gununsesi.infoxəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində işıqforda qeydə alınıb.

 

İki VAZ və “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində bir nəfər xəsarət alıb. Ona ambulator tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info