Tovuz rayonunun Xatınlı və Qaraxanlı kəndində mənzillərdən kütləvi oğurluq cinayətləri baş verib.
Kənd sakinlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, son dövrlər ərzində 70-ə yaxın mənzildən ümumilikdə 200 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurlanıb.
Sakinlər onu da bildirib ki, 10 nəfər şübhəli şəxs qismində polis tərəfindən saxlanılsa da ancaq onlara dəyən zərər ödənilmədən bəziləri müəmmalı şəkildə sərbəst buraxılıb.
Sakinlər bu fakta görə, rayon polis şöbəsinin rəisi Habil Əmiraslanovdan narazılıqlarını ifadə edib.
Gununsesi.info-nun olayı ictimailəşdirməsini xahiş edən tovuzlular DİN rəhbərliyinin bu faktı nəzarətə götürməsini xahiş edir.
Afət Abbasova
Gununsesi.info