Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək arzusunda olanlar indidən növbəyə yazılırlar.

Toyun qiymətlərinə gəldikdə isə, şadlıq evinin sahibi bildirib ki, bu, Operativ Qərargahın qərarından asılı olacaq. Əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır.

Şadlıq evi işlədən şəxslər onu da bildiriblər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayəndələri obyektin insan tutumu ilə bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.