Toy günü bədbəxt HADİSƏ

  • By admin
  • 09 Oktyabr 2022 21:12

İmişlidə toy karvanında qəza baş verib, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, gəlin gətirməyə gedən minik avtomobillərindən biri anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Boşcalılar kənd sakinləri, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərəm oğlu və 1999-cu il təvəllüdlü Şükürlü Cavid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info