Toy karvanında qəza zamanı bir nəfər öldü, 7 nəfər yaralandı - TOV VAYA DÖNDÜ

  • By Mayil
  • 25 Sentyabr 2016 18:38

toy

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan VAZ 2107” markalı avtomobillə “Niva” markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Gununsesi.info