Gəncənin “avtoş” gəncləri - 20 SUTKA ALDI

  • By admin
  • 16 Oktyabr 2016 17:52

avt1

Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov Hyunday markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov “VAZ2107” ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə “Niva” markalı maşın ilə avtoxuliqanlıq ediblər.

DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.

c5ce56fdb05122239a5116b72e03b120

Gununsesi.info