Toy kortejində qəza: XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 21 İyul 2021 20:05

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə 8 Noyabr prospektində qeydə alınıb.

HTML tutorial

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb. Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info