Türkiyənin Qazıantep şəhərinin Şahinbey ilçəsinə bağlı Akdere məhəlləsindəki toy şənliyi zamanı partlayış törədilib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 8 nəfər ölüb, 60 nəfər yaralanıb. Qeyd olunur ki, hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb olunub. Məlumata görə, Qazıantep valisi Əli Yerlikaya hadisəni terror aktı adlandırıb. Əli Yerlikaya partlayışın Akdere məhəlləsindəki düyün salonunda toy mərasimi zamanı baş verdiyini bildirib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan “CNN Türk” telekanalına açıqlamasında partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.
***
Son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 30-a, yaralananların sayı isə 94-ə çatıb.
Gununsesi.info