Toylarına 4 gün qalmış nişanlısını öldürən şübhəli, hakim qarşısına çıxıb.
Məhkəmədə ifadə verən Ayşenur: “Mən Ali Ayberki çox sevirdim. Xəyallarımız var idi. Öldürmək kimi bir niyyətim yox idi” deyib.
Ayşenur sonra ifadəsində “Olay günü də telefonda danışarkən qışqırdı. “Niyə telefona cavab vermirsən, baxmırsan” dedi. Mən də sakit olmağını istədim. Mənə dəfələrlə təhqiramiz sözlər dedi. Mən telefonu söndürdüm. Yenidən zəng etdi. Ancaq cavab vermədim. Mən ailəmlə yaşadığım evdəydim. Evdə yalnız əmim qızı F.A. var idi. Ali bu evə gəldi. Mənə hücum edib, döydü. Əmim qızı F.A. araya girməyə çalışdı, amma bacarmadı. Mən o an mətbəxə qaçıb, oradan götürdüyüm bıçaqla o üzərimə gələndə vurdum” ifadələrini işlədib.
Xəstəxanaya çatdırılan Ali Ayberk Kahvecinin həyatını xilas etmək olmayıb. Ayşenurun qohumlarından biri xəstəxanadan evdə olan F.A-ya zəng edərək yerdəki və bıçaqdakı qanı təmizləməyini istəyib.
Məhkəmə F.A. barədə də “cinayətin izini itirmək və gizlətmək” əməllərinə görə 6 aydan 5 ilə qədər həbs tələbi irəli sürülüb.
Gününsesi.info