Toya gedən avtobus qəzaya düşdü - 24 ÖLÜ

Pakistanın şimalında avtobusun çaya düşməsi nəticəsində azı 24 nəfər həyatını itirib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Kiodo” agentliyi inzibati dairənin nümayəndəsinə istinadən xəbər verib.

Avtobus sərnişinlərinin toya getdiyi bildirilir. Qəzaya səbəb nəqliyyat vasitəsinin taxta körpünün üzərindən keçən zaman çayın gur axan hissəsinə düşməsi olub.

Qəza anına qədər özünü avtobusun pəncərəsindən bayıra atan iki nəfər sağ qalıb.

Gununsesi.org