İraqın cənubundakı Vasit şəhərində toy karvanının iştirakı ilə baş verən yol qəzasında eyni ailədən 7 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, İraqın Mosul şəhərində 114 nəfərin ölümü ilə nəticələnən toy faciəsindən sonra ölkənin cənubundakı Vasit şəhərində toy karvanı yol qəzası keçirib.
Vasit valisi Məhəmməd Cəmil əl-Miyahi verdiyi açıqlamada əl-Zubaidiya rayonu yaxınlığında toy karvanının qəzaya uğradığını açıqlayıb. Qəza zamanı eyni ailədən 7 nəfərin hadisə yerində öldüyünü bildirən əl-Miyahi toyların yas mərasiminə çevrilməməsi üçün sürücüləri yol qaydalarına əməl etməyə çağırıb. Qəzanın həddindən artıq sürət səbəbindən baş verdiyi öyrənilib.
Çərşənbə axşamı ölkənin şimalındakı Mosul şəhərinin Hamdaniyyə rayonunda şadlıq sarayında baş verən yanğında 114 nəfər həyatını itirib, şərşənbə günü isə Kərkükün Havice rayonundakı toyda qida zəhərlənməsi nəticəsində 260-dan çox adam xəstəxanaya yerləşdirilib.
Səid Əhmədli
Gununsesi.info