Toyda kütləvi dava - BİR NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 29 Sentyabr 2017 08:30

dava

Gununsesi.info xəbər verir ki, Tovuz rayonunda toyda kütləvi dava olub.

Hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.

Gununsesi.info