
Lənkəranda toydan qayıdan minik avtomobili qəzaya düşüb Hadisə nəticəsində 1 nəfər ölüb,4 nəfər xəsarət alıb.
Gunusesi.info xəbər verir ki, dəhşətli yol-qəza hadisəsi Ələt-Astara magistralının 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Lerik rayonu Piran kənd sakini Əlimərdan Məmmədovun idarə etdiyi VAZ-2107 markal minik avtomobili ilə Bakının Qaradağ rayon sakini, 32-yaşlı İlham Dəmirovun idarə etdiyi KamAZ markalı, bitium daşıyan avtosisterinle toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.Toqquşma nəticəsində 5 nəfər ,Lerik rayon sakiniləri Vaz 2107 markalı avtomobilin sürücüsü 51 yaşlı Əlimərdan Məmmədov,sərnişinlər Həqiqət Quliyeva, Vilayət Hüseynov,Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralı olan sürcü Əlimərdan Məmmədov əməliyyat etsələr də , onun həyatını xilas etmək mümkün olmayıb. O gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.Faktla bağlı DİN Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki,qəzaya düşən minik avtomobilinin sürücü və sərnişinləri gecə toy məclisindən çıxaraq evlərini gedirmişlər.
Gununsesi.info