
Xalqların milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli adət-ənənələri var. Toy mərasimi də həyat tərzində mövcud olan qədim adətlərdən biridir. Mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu adətin Azərbaycanda geniş ənənələri var. Elçilik mərasimindən başlayan bu qədim ənənələr toyun sonuna kimi davam edir.
Toy adətlərinə zəmanənin də təsiri böyükdür desək yanılmarıq. Xüsusən də son dövrlərdə toyların bir qayda olaraq fərqli üslubda, fərqli adətlər ilə keçirilməsinin şahidi oluruq. Bu gün keçirilən toylar keçmişdə keçirilən toylardan çox fərqlənir.
Hətta zaman-zaman Milli Məclisdə belə Azərbaycanda toylar haqqında danışılır, müxtəlif təkliflər verilir.
Bəs unudulan toy adətlərimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy da bildirir ki, Azərbaycan toyları çox böyük dəyişikliklərə uğrayıb və mənfi istiqamətdə yeni adətlər əmələ gəlib.
“Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da özünün zəngin adət-ənənələri var. Azərbaycan toyları ilə yanaşı, bu kimi adətlərin xalqın kimliyin, qədimdən ona məxsus olan milli keyfiyyətlərin saxlanılmasında böyük rolu vardır. Bu xüsusilə bizim toy mədəniyyətimizə aiddir.


“Türk xalqlarının adətləri bir biri ilə eynidir. Şübhəsiz ki, hər birinin özünün zənginlikləri və müxtəliflikləri var.
