Toyların olmaması əhalinin demoqrafik artımına mənfi  təsir edəcək – SOSİOLOQLAR NARAHATDIR (MÜSAHİBƏ)

  • By admin
  • 13 Yanvar 2021 18:49

Dünyanı cənginə alan koronavirus pandemiyasının bir sıra sahələri iflic etdiyinin şahidi oluruq. COVID -19 pandemiyası bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətə də təsirsiz ötüşmədi. Pandemiya planetar miqyasda dünya əhalisinin demoqrafik vəziyyətinə, təbii artımına təsir etməkdədir. Artıq Azərbaycanda aylardır toy olmur. Demək olar ki, çox az sayda insan nigah evlərinə üz tutur.

 

 

Gununsesi.info olaraq, bu mövzu ilə bağlı Sosialogiya Üzrə Fəlsəfə Doktoru Üzeyir Şəfiyevə müraciət etdik. Həmin müsahibəni təqdim edirik:

 

Toyların qadağan edilməsi Azərbaycanda əhali artımına necə təsir göstərəcək?

 

  • Şübhəsiz ki, pandemiya Azərbaycan cəmiyyətinin demoqrafik vəziyyətinə mövcud pandemiya  təsir etməkdədir. Əgər nəzərə alsaq ki, bizim cəmiyyətdə təmtəraqlı toy ənənələri pandemiyaya qədər mövcud olub, ona görə də, ailə qurmaq istəyən cütlüklər bu baxımdan, post-pandemiya dövrünü gözləyir. Eyni zamanda, cəmiyyətin bəlli bir qismi, də toy törənlərinə iqtisadi, merkantil düşüncə ilə yanaşdığından, getdiyi toyların qarşılığını edəcəyi toy vasitəsi ilə kompensasiya etmək düşüncəsində olduğu üçün ailə qurulmasındakı statistikanın mənfi saldosunu təsəvvür etmək çətin deyildir.

 

Bu vəziyyət gələcəkdə əmək ehtiyyatlarına necə təsir edəcək?

 

–  Əlbətdə, nəzərə alsaq ki, uşaqlar daha çox yeni qurulan ailələrdə doğulur, bu baxımdan, yeni doğulanların statistikasında enmənin şahidi olacağıq. Bu, gələcəkdə müəyyən mənada əmək ehtiyatlarına da təsirsiz ötüşməyəcək.

 

Bəs, bu vəziyyətin məktəblərə təsiri olacaqmı? Şagird azlığı baş verəcəkmi?

 

  • Eyni zamanda, təhsil müəssisələrində birincilərdən başlayaraq şagird statistikasında, cəmiyyət həyatının digər sahələrində insan resurslarına da, nisbi təsir imkanına malik olan faktor hesab oluna bilər. Kritik həddə olmasa da, əhalinin yaş saldosuna da qismən təsir edə bilər. Ancaq vəziyyət heç də çıxılmaz və pessimist xarakter daşımır. Əgər nəzərə alsaq ki, yaxın tarixdə kütləvi peyvənd prosesinə keçiləcək, post-pandemiya dövrü başlayacaq, o zaman cəmiyyətin ailə, nigah sferasında canlanma müşahidə ediləcəkdir. Yaxşı olardı ki, təmtəraqlı toy ənənələri sadələşsin, hətta belə pandemik situasiyalarda şəraitə uyğun, qaydaları gözləməklə, nigah münasibətlərinə gənclər qoşulsun. Ancaq toylarla, kütləvi mərasimlərlə bağlı qanunlara əməl edilməklə ailə, nigah münasibətləri baş tutsun. Əhali sayı öncəki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb.Əgər nəzərə alsaq ki, Azərbaycanda çox uşaqlı ailələrin sayı azalır və ailə planlamasında daha çox 1-2 uşaqdan ibrət ailələr dominantlıq edir, o zaman, bu dinamikada zəifləmə tendensiyasının digər faktoru kimi ailə planlamasının da, təsiri özün göstərərdiyinin şahidi olarıq.

 

Qeyd edək ki, BMT-nin “World Population Prospects 2019” adlı illik hesabatında Azərbaycanla proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatmalıydı.

Dövlət Statistika Komitəsinə istinad etsək, 2020-ci il dekabrın 1-nə əhalinin sayı 10 123,4 min nəfər olub.

 

Turanə Tağızadə

 Gununsesi.info