“Toyota” avtomobilləri geri çağırıb

  • By admin
  • 05 Oktyabr 2017 22:31

toyota
“Toyota Motor” şirkəti Rusiyada 323 ədəd “Hilux” avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2011-ci ilin dekabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Gununsesi.info