“Toyota” firması 6 milyon maşınını geri çağırır

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 15:40

tayuta

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Toyota” ciddi problemlə üzləşib.

Gununsesi.info Türkiyənin “Güneş” qəzetinə istinadən verdiyi məlumata görə, Yaponiya avtomobil istehsalçısı “Toyota” təhlükəsizlik yastığı problemi səbəbindən dünya üzrə 5,8 milyon avtomobilini geri çağıracağını açıqlayıb. Geri çağırılacaq avtomobillər “Yaris” və “Corolla” modelləridir.

Ümumilikdə,1,47 milyon maşın Avropadan, 1,15 milyon maşın Yaponiyadan, qalanı isə digər ölkələrdən geri çağırılacaq.

Qeyd edək ki, bir müddət öncə “Toyota” maşınların pəncərə nəzarət düymələrində yaranan nöqsanlar səbəbinində 6,5 milyon maşınını geri çağırmışdı.

Anar
Gununsesi.info