Toyoto fırıldaqçı təhlükəsizlik testlərinə görə üzr istədi

  • By admin
  • 04 İyun 2024 16:32

Yaponiyanın məşhur avtomobil istehsalçısı Toyota-nın baş meneceri Akio Toyoda, istehsal etdikləri 7 model üzərində “fırıldaqçı təhlükəsizlik testləri” keçirdiklərini etiraf edib və buna görə üzr istəyib.

Gununsesi.info xatırladır ki, Toyota yeddi model üçün qəza testlərində qeyri-kafi və ya köhnəlmiş məlumatlardan istifadə etməkdə, qəzalarda təhlükəsizlik yastıqlarının şişirdilməsini və arxa oturacaqların zədələnməsini səhv sınaqdan keçirməkdə və saxta mühərrik gücü testlərində ittiham olunurdu.

Üç modelin istehsalının dayandırıldığını açıqlayan Akio Toyoda, nazirliyin göstərişlərinə əməl edəcəklərini ifadə edərək, “Toyota olaraq üzr istəyirik. Biz avtomobilləri düzgün sertifikatlaşdırma prosesinə əməl etmədən kütləvi istehsal edib satdıq. Ancaq səhv bir şey görsək, geri çəkilib onu düzəltməyə çalışacağıq” deyə bildirib.

Xatırladaq ki, Toyota saxta sınaqlardan faydalandığını etiraf etdiyi “Corolla Fielder”, “Corolla Axio” və “Yaris Cross” avtomobillərinin istehsalını dayandırıb.

Günay Mahirqızı

Gununsesi.info