
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib.
O bildirib ki, peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.
Qeyd edək ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.